Kompüterdən Facebook səhifəsində canlı yayın necə etmək olar



Salam, hörmətli bloqun izləyiciləri. Sizi rəqəmsal markentinqə aid bloqda görməyə çox şadam. Birinci növbətə xatırlatmaq istəyirəm ki, bloq kollektiv şəkildə işləyir və mənimlə birgə dərsliklər və maraqlı məlumatlar əlavə etmək istəyirsinizsə, mənimlə əlaqə saxlayın, mən sizi bloqun idarəetmə komandasına əlavə edim. İlk maraqlı məlumat SMM bölümünə aiddir. Çox insanlar üçün maraqlıdır, Facebook sosial şəbəkəsində kompüter vasitəsi ilə səhifələrdə istədiyin videonu necə canlı efirə çıxartmaq olar? Bu çox asandır, diqqətiniz məndə olsun.

1. Open Broadcaster Software proqramının yüklənməsi
Birinci növbədə proqramı rəsmi saytınnan yükləyə bilərsiniz və daha sonra onu quraşdırın.





Əlavə DirectX komponentini tələb etsə, onu da müləq yükləyin və quraşdırın.



Proqramı kompüterinizdə açın və açıq saxlayın.



Keçirik Facebook səhifəsinin seçənəklərinə.

2. Axın Açarının (Stream Key) alınması

Canlı yayına başlamaq üçün Facebook-dan bu açarı almaq vacibdir.

Səhifənizdə keçin Yayınlama Qurğuları bölümünə və daha sonra Video bölümündə + Canlı düymasinə klik edin.



Axın açarını qeyd edin (bir neçə simvoldan ibarət olacaq).
Daha sonra videonun adını, mətni və teqləri qeyd edin.



Qayıdaq OBS proqramına.

3. Yayına başlama

OBS proqramında keçin Seçənəklər bölümünə (Настройки)



Açılan pəncərədə Yayınlama (Вещание) bölümünə keçid alın və axın açarı (ключ потока) yazılan sətirə sizin Facebook səhifənizdə olan axın açarınızı daxil edib ok düyməsini basın.



Источники bölümündə + düyməsini basın.



Siyahıdan bizə lazım olan Источник медиа hissəsinə keçid alın və açılan pəncərədə ok düyməsini basın.





Daha sonra lazın olan videonu kompüterdən seçin.



İstəyinizə görə şəkil, musiqi, veb kamera ilə və digər saytlardan olan videolarında yayınını edə bilərsiniz. Bu dərslikdə ancaq kompüterin yaddaşında olan video ilə canlı yayına çıxmağın yolunu sizə göstərdim.

Ən sonda isə proqramdan Запустить трансляцию və Facebook səhifənizdən Canlı yayın təşkil edin düymələrinə basıb gözləyin.





Bir neçə dəqiqə ərzində sizin səhifədə canlı yayın başlayacaq.

Hər hansısa bir sualınız olsa, şərh bölümündə verə bilərsiniz.

Fərid Umarov


Şərhlər tapılmadı